Ermənistanın iqtisadiyyat naziri Qazaxıstandan Azərbaycan vasitəsilə taxıl tədarük edildiyini AÇIQLADI

 23:17 04.11.2025     517

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Qazaxıstan taxılının Azərbaycan ərazisi vasitəsilə ölkəyə tədarük edildiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə nazir özünün "Facebook" səhifəsində paylaşım edib.

"Qazaxıstan mənşəli taxıl yoldadır və yaxın günlərdə Azərbaycan ərazisindən keçərək Ermənistana çatacaq", – deyə G. Papoyan qeyd edib.

O bildirib ki, hazırda Rusiya taxılının bir hissəsi də Azərbaycan ərazisindən Ermənistana daşınır.

Vumart və Güvən reklamı Vumart Güvən