Azərbaycanda rəqəmsal fırıldaqçılığa qarşı mərkəzləşdirilmiş sistem YARADILACAQ

 12:29 20.11.2025     505

Azərbaycan Mərkəzi Bankı ölkədə rəqəmsal fırıldaqçılığa qarşı mübarizəni gücləndirmək məqsədilə banklar, ödəniş təşkilatları və hüquq-mühafizə orqanları arasında avtomatlaşdırılmış məlumat mübadiləsini təmin edəcək mərkəzləşdirilmiş sistemin yaradılmasını planlaşdırır.

Redaktor.az xəbər verir ki, bunu IX Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı AMB-nin ödəniş sistemləri və məhsulların inkişafı üzrə mütəxəssisi Elvin Cuvarov deyib.

Onun sözlərinə görə, ilkin müzakirələr artıq aparılır və sistem fırıldaqçılıq hallarına qarşı mübarizədə “əlamətdar dönüş nöqtəsi” olacaq:

“Vahid platforma şikayətlərin bank və polis arasında itib-batmasının qarşısını alacaq, məlumatların real vaxt rejimində ötürülməsini təmin edəcək və risklərin operativ qiymətləndirilməsinə imkan verəcək. Yeni sistem həmçinin statistikanın tam və dəqiq formalaşdırılmasını mümkün edəcək”.

Vumart və Güvən reklamı Vumart Güvən