Sahil Babayev deputatlara və ekspertlərə çağırış etdi: "Neçə dənə gəlir vergisi 3% olan ölkə var?"

 15:47 02.12.2025     659

"Müddətli vergi güzəşti 1 yanvarda bitirdi. Nə baş verəcəkdi? 2500 manata qədər aylıq gəliri olan şəxslər 14%, 2500 manatdan yüksək gəliri olanlar isə 25% gəlir vergisi ilə vergiyə cəlb olunacaqdı. Artıq güzəştli rejim olaraq yox, daimi rejim olaraq bu dərəcələri 50% aşağı salırıq. Yəni 14%-lik rejimi 7%-ə salırıq".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələrində çıxışı zamanı maliyyə naziri Sahil Babayev bildirdi.

"Bundan əlavə, bu keçid mərhələli şəkildə həyata keçiriləcək. 2026-cı ildə əhalinin böyük əksəriyyətini əhatə edən aylıq gəliri 2500 manata qədər olan işçilərin ödəyəcəyi vergi 3% olacaq. Mən deputatlara, ekspertlərə çağırış edirəm ki, istənilən ölkələrin rejimini araşdırsınlar və neçə dənə gəlir vergisi 3% olan ölkə tapırlarsa, qeyd etsinlər. Bunun özü də çox böyük güzəştdir", - deyə nazir əlavə etdi.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən