Qarabağ və Şərqi Zəngəzurda yeni investisiya layihələri müzakirə edilir - Hüseyn Büyükfırat

 16:52 10.12.2025     679

"Hazırda Qarabağ və Şərqi Zəngəzurda 5-10 min insanın işlə təmin olunacağı yeni investisiya layihələri müzakirə edilir".

Redaktor.az-ın məlumatına görə, bunu Türkiyə - Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Büyükfırat Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumuna dair mətbuat konfrasında bildirib.

O, hazırda bu məsələlərlə bağlı danışıqlar getdiyini qeyd edib.

"Azərbaycandakı imkanlar, tətbiq edilən güzəştlər, xüsusilə yeni yolların açılması, Orta Dəhlizin və İpək Yolunun canlanması yeni üstünlüklər yaradır", - deyə Büyükfırat vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən