Bu gün daha 560 ton taxıl Azərbaycandan keçməklə Ermənistana göndəriləcək

 16:30 04.02.2026     607

Bu gün taxılla yüklü daha 8 vaqon Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana göndəriləcək.

Redaktor.az xəbər verir ki, göndərilən taxılın ümumi çəkisi 560 tondur.

Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 660 ton taxıl (bugünkü 560 ton daxil olmaqla) göndərilib (APA).

Vumart və Güvən reklamı Vumart Güvən