Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək
Azərbaycandan Ermənistana növbəti 4500 ton dizel yanacağının göndərilməsi nəzərdə tutulur.
Redaktor.az xəbər verir ki, dizel yanacağı bu gün - fevralın 25-də dəmir yolu ilə Azərbaycandan yola salınacaq.
Qeyd edək ki, dizel Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində baş tutacaq (APA).













