İranın ixrac qadağası uzunmüddətli olarsa, Azərbaycanda ərzaq məhsulları bahalaşa bilər - İqtisadçıdan AÇIQLAMA
İran hazırki müharibə şəraiti ilə əlaqəli bütün ərzaq məhsulları və kənd təsərrüfatı məhsullarının ixracına qadağa elan edib.
Bəs bu qadağa Azərbaycan bazarına öz təsirini necə göstərəcək?
Redaktor.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, keçən il İrandan Azərbaycana ixrac cəmi 500–550 milyon dollar civarında olub və bunun hamısı da ərzaq məhsulları olmayıb:
"Məişət kimyası, tikinti materialları və sair məhsullar ixrac olunub. Kənd təsərrüfatı məhsulları bu ixracatın hardasa yarısına qədərini təşkil edirdi. Çox güman ki, İran bu addımı daxili bazarı qorumaq üçün atır. İrandan gələn məhsulların azalması və yaxud da yoxa çıxması Azərbaycan bazarında qiymətlərə təsir edəcək. Amma bu elə məhsullardır ki, onları tez bir zamanda başqa ölkələrin məhsulları ilə əvəz etmək mümkündür. Sadəcə Türkiyənin, Çinin və digər istehsalçı ölkələrin analoji məhsulları daha baha başa gəli, İran məhsulları isə daha ucuz idi. Ona görə də çox güman ki, bu qadağa uzunmüddətli olarsa, Azərbaycanda bəzi ərzaq məhsullarının qiymətində az da olsa artım müşahidə oluna bilər".
Aytəkin TOFİQQIZI













