Ötən il nə qədər yol çəkilb?

 11:40 13.03.2026     402

"Ötən il ölkədə avtomobil və dəmir yollarının, həmçinin yol infrastrukturun tikintisi, yenidən qurulması və bərpası davam etdirilib".

Redaktor.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı zamanı dedi.

"2025-ci il ərzində ölkə üzrə 539 km, o cümlədən regionlarda 332 km respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilib, yenidən qurulub və əsaslı təmir olunub, 84 km dəmir yolu xətti yenidən qurulub, 7 dəmir yolu tuneli və körpüsü tikilmiş və əsaslı təmir olunub", - deyə o bildirdi.

Nuriyyə NATİQQIZI
 

Vumart və Güvən reklamı Vumart Güvən