Kafe və restoranlara investisiyalar AZALDI

 12:10 26.03.2026     483

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda turist yerləşdirilməsi və ictimai iaşə sahəsinə 4,3 milyon manat investisiya yatırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,6% azdır.

Dövr ərzində bu sahə üzrə investisiyaların ümumi iqtisadi sahələrə yatırılmış investisiyalarda xüsusi çəkisi 0,2%% təşkil edib.

Vumart və Güvən reklamı Vumart Güvən