"Qeyri-neft sektorunda artım cəmi 0,4 faiz olub" - Əli Məsimli

 12:52 12.06.2026     304

"Makroiqtisadi sabitliyin qorunması büdcə siyasətinin çox vacib istiqamətlərindən biridir. Ümumi daxili məhsulun artım tempinə diqqət yetirsək, görərik ki, 3,5 faiz səviyyəsində proqnozlaşdırılan artımın 3,4 faizə enməsi iqtisadi fəallığın müəyyən qədər zəiflədiyini göstərir. Bu vəziyyət əsasən neft sektorunda müşahidə olunan azalma ilə izah edilir".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının bugünkü plenar iclasında deputat Əli Məsimli bildirdi.

Onun sözlərinə görə, məsələ bununla məhdudlaşmır:

"Cari ilin yanvar-may aylarında da iqtisadi artım tempinin aşağı düşdüyünü müşahidə etdik. Qeyri-neft sektorunda artım cəmi 0,4 faiz olub. Bu isə ciddi siqnaldır. Bunun səbəblərindən biri kimi bir sıra sahələrdə investisiyaların azalması göstərilir. Belə çıxır ki, Azərbaycan iqtisadiyyatında artımın əsas hərəkətverici qüvvəsi dövlət investisiyalarıdır. Biz hesab edirik ki, bu fikirdə müəyyən həqiqət var, lakin bu, tam həqiqət deyil. Dövlət investisiyaları iqtisadi artıma mühüm təsir göstərir, amma yeganə və tam müəyyənedici amil hesab oluna bilməz. Bu gün yanvar-may aylarında iqtisadi artım tempinin zəifləməsi onu göstərir ki, artıq yeni dövrün tələblərinə uyğun islahatların sürətləndirilməsinə ehtiyac var. İlk növbədə, mövcud ləngimələrin aradan qaldırılması və islahatların daha sürətli həyata keçirilməsi vacibdir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən