Azərbaycanda yumurta 1 qəpiyədək UCUZLAŞDI

 15:41 19.06.2026     507

Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşıb.

Redaktor.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, son günlərədək 1 ədədi 9-17 qəpiyə təklif edilən yumurta marketlərdə 3-4 qəpiyədək ucuzlaşıb. Hətta yumurtanın qiymətində kəskin endirim edərək 1 ədədini 1 qəpiyə satan marketlər də var.

Bildirilir ki, kəskin ucuzlaşma mövsümi xarakter daşıyır. Belə ki, yay aylarında yumurta istehlakı xeyli azalır. Əvəzində isə bu ərəfədə yumurta istehsalı daha da artır.

Qiymətin kəskin ucuzlaşmasında yumurta ixracının azalmasının da rol oynadığı istisna edilmir.

22
Vumart və Güvən reklamı Vumart Güvən