Bu layihə reallaşsa, Cənubi Qafqazın iqtisadi xəritəsi dəyişə bilər - AÇIQLAMA

 14:57 03.07.2026     511

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi Türkiyə və Azərbaycan sərhədlərinə gedən dəmir yolu xətlərinin bərpasına başlayıb.

Bəs bu addım regionun iqtisadiyyatına necə təsir göstərə bilər?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Redaktor.az-a bildirdi ki, Ermənistanın Türkiyə və Azərbaycan sərhədlərinə gedən dəmir yolu xətlərinin bərpası regionda nəqliyyat əlaqələrinin genişlənməsinə və iqtisadi əməkdaşlığın inkişafına müsbət təsir göstərə bilər.

 

"Dəmir yolu daşımalarının bərpası yüklərin daha sürətli və daha az xərclə daşınmasına imkan yaradacaq, bu da ticarət dövriyyəsinin artmasına şərait yarada bilər. Bu proses reallaşarsa, region ölkələri arasında logistika imkanları genişlənər, tranzit daşımalarından əldə olunan gəlirlər artar və yeni investisiya imkanları yaranar. Eyni zamanda, nəqliyyat əlaqələrinin güclənməsi turizm, xidmət sektoru və digər iqtisadi sahələrin inkişafına da müsbət təsir göstərə bilər.

Bununla yanaşı, layihələrin tam şəkildə həyata keçirilməsi tərəflər arasında əldə olunacaq razılaşmalardan, təhlükəsizlik məsələlərinin həllindən və regional əməkdaşlığın səviyyəsindən asılıdır. Bu şərtlər təmin olunarsa, dəmir yolu xətlərinin bərpası Cənubi Qafqazda iqtisadi inteqrasiyanı gücləndirə və regionun beynəlxalq nəqliyyat marşrutlarındakı rolunu artırmağa kömək edə bilər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən