Azərbaycan nefti UCUZLAŞDI
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Redaktor.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 6,37 ABŞ dolları və ya 5,8 % azalaraq 102,73 ABŞ dolları təşkil edib.
Əvvəlki ticarət sessiyasında "Azeri Light" markalı neftin bir bareli 109,10 ABŞ dollarına satılıb.
Qeyd edək ki, 2026-cı il dövlət büdcəsində "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.













