Qiymətlər yenidən yüksələcək? - Qızıl alanlar üçün VACİB XƏBƏR

 11:59 10.08.2026     395

İyun və iyul aylarında qızılın qiymətində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunsa da, son günlər qiymətlər yenidən artmağa başlayıb.

Bəs qızılın qiymətindəki bu yüksəliş davamlı olacaqmı? Yaxın aylarda qiymətlərin daha da artması gözlənilirmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirdi ki, qızıl qiymətində artım ola bilər:

"Yəni sual budursa, bundan sonra da qalxa bilər. İlin, hətta yanvarın 31-də indiki səviyyədən 25 faiz daha yüksək idi. Yəni qızılın qiyməti həmin səviyyəni görüb. Bu, nədən asılıdır? Qlobal proseslərdən, qlobal qeyri-müəyyənliklərdən, neftin qiymətindən, qlobal inflyasiya gözləntilərindən və FED-in faiz siyasətindən asılıdır. Bu, həmin amillərin kombinasiyasından asılıdır. Birjada investisiyalar yalnız bir istiqamətli deyil. Qiymət həm yüksələ, həm də azala bilər. Bu, qeyd etdiyim faktorların kombinasiyasının necə formalaşacağından asılıdır. Hazırda qiymətlər ilin əvvəlindən 2 faizdən çox, 1 il ərzində isə 30 faizdən çox artıb".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən