"Azərbaycan elektrik enerjisi ilə problemi olmayan nadir ölkələrdəndir" - Prezident

 22:47 11.08.2026     499

"Bu gün yerləşdiyimiz regionda əgər elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr varsa, Azərbaycan onların sırasında birincidir".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

"Çünki bu və ya digər səbəblər üzündən bölgəmizdə enerji böhranı yaşanmaqdadır və bu böhran dərinləşə bilər. Həm bölgəmizdə gedən müharibələr, həm artan risklər, enerji daşıyıcılarının nəqli ilə bağlı nəqliyyat zəncirlərinin qırılması və digər amillər. İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin", - deyə dövlətimizin başçısı vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən