Ermənistandan Azərbaycana hansı məhsullar gətirilə bilər? - İqtisadçı AÇIQLADI

 16:16 13.08.2026     663

Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlər üçün brifinqdə deyib ki, yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac tədarükünə başlanılması gözlənilir:

“Qarşılıqlı ticarət məsələsi gündəmdədir. Yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac tədarükləri həyata keçiriləcək”.

Bəs Ermənistandan Azərbaycana hansı məhsullar ixrac edilə bilər? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirdi ki, Ermənistanın ixrac potensialına baxanda əsasən kənd təsərrüfatı məhsulları, balıq məhsulları, meyvə-tərəvəz və dəmir filizi önə çıxır. Yəni ixrac əsasən bu istiqamətlərdə ola bilər:

"Ola bilər ki, hətta enerji mübadiləsi də həyata keçirilsin. Yəni biz Ermənistana qaz sata bilərik, Ermənistandan isə işğaldan azad olunmuş bölgələrimizin təminatı üçün elektrik enerjisi ala bilərik. Yəni perspektivlər var, sadəcə bu, uzun prosesdir və qısa zamanda həyata keçirilməsi bir qədər çətindir. Çünki texniki problemlər də var. Bankların bir-birini tanıması, bank köçürmələrinin həyata keçirilməsi üçün müvafiq mexanizmlərin yaradılması, infrastrukturun qurulması və s. kimi məsələlər həllini tapmalıdır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən