Dünya bazarında buğda BAHALAŞDI

 23:26 28.08.2026     421

2026-cı ilin dekabrında tədarük ediləcək buğda fyuçerslərinin qiyməti Çikaqo Əmtəə Birjasında 2023-cü il fevralın 15-dən bəri ilk dəfə 7.79 dollar/buşel səviyyəsinə yüksəlib.

Redaktor.az xəbər verir ki, bu barədə hərracların nəticələri göstərib.

Bakı vaxtı ilə saat 18:23-də buğda fyuçerslərinin qiyməti 2.39% artaraq 7.79 dollar/buşel olub. Saat 18:30-da artım tempi zəifləyib və qiymət 7.76 dollar/buşel (+2,07%) təşkil edib.

Avqustun əvvəlindən etibarən buğda fyuçerlərinin qiyməti 22% artıb.

Vumart və Güvən reklamı Vumart Güvən