Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunur - YENİLƏNİB
Azərbaycandan Ermənistana neft məhsullarının və tranzit yüklərin növbəti partiyası yola salınıb.
Redaktor.az xəbər verir ki, vaqonlar Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
***
11:13
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq.
Redaktor.az xəbər verir ki, 16 vaqondan ibarət, çəkisi 977 ton olan dizel yanacağı 5 sentyabr tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 16 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.













