Buğda və pambıq əkənlərə əlavə pul ÖDƏNİLƏCƏK

 11:30 07.09.2026     507

Torpaq və su resurslarından daha səmərəli istifadə məqsədilə lazer hamarlama texnologiyasından yararlanan fermerlərə əlavə subsidiya ödəniləcək.

Redaktor.az-ın məlumatına görə, bütün suvarılan ərazilərdə bir parseldə azı 5 hektar buğda əkini aparılacağı halda, əkin subsidiyasına əlavə ödəniş tətbiq olunacaq.

Belə ki, buğda əkinindən əvvəl sahədə lazer hamarlama texnologiyasından istifadə edildiyi ilk il əkin subsidiyası 250 AZN/ha artırılacaq.

Pambıqçılıq rayonlarında isə azı 5 hektar pambıq əkinindən əvvəl lazer hamarlama tətbiq edilərsə, ilk il məhsul subsidiyasına 50 AZN/ton əlavə ödəniləcək.

Lazer hamarlama aparılan sahələr EKTİS-də bəyan ediləcək. Həmin sahələrin monitorinqi zamanı rəqəmsal və süni intellekt həllərindən istifadə olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən