"SOCAR Polymer" necə xammalla təmin olunur? - Samir Səlimli AÇIQLADI
“Hazırda “Azərkimya" İstehsalat Birliyinin əsas istehsalatından biri olan Etilen-Polietilen zavodundayıq. Müəssisəmiz etilen və propilen məqsədli məhsul olmaqla hüdrogen, butilen-butadien fraksiyası, maye piroliz qətranı və ağır qətran kimi yan məhsullar istehsal edir”.
Redaktor.az xəbər verir ki, bu sözləri “Azərkimya" İstehsalat Birliyinin icraçı direktoru Samir Səlimli jurnalistlərə açıqlamasında dedi.
“İstehsal olunan əsas məqsədli məhsullardan etilen və propilen "SOCAR Polymer"in qurğularını xammalla təmin etməyə xidmət edir, həmçinin "Azərkimya" İstehsalat Birliyinin tabeçiliyində çalışan aşağı təzyiqli, yüksək sıxlıqlı polietilen istehsalı üçün xammalla təmin olunmuşdur”.
Aytəkin TOFİQQIZI













