"Azərkimya"da növbəti əsaslı təmir nə vaxt olacaq? – İcraçı direktor vaxtı AÇIQLADI

 13:00 16.09.2026     65

“Elektrik enerjisi istehsalatı və aşağı sıxlıqlı, yüksək təzyiqli polietilen istehsalatı var, hansı ki, bunlar sayəsində də enerji daşıyıcılarından buar və elektrik energisindən müəssisəmiz təmin olunur. Aşağı sıxlıqlı, yüksək təzyiqli polietilenlə Azərbaycanın daxili bazarını məhsulla təmin edirik”.

Redaktor.az xəbər verir ki, bunu “SOCAR Uniper"in "Azərkimya" üzrə icraçı direktoru Samir Səlimli jurnalistlərə açıqlamasında bildirdi. 

“Ümumi məhsulların satış həcminə nəzər salsaq, 85-88%-i ixrac həcmini təşkil edir, geridə qalan faizlər isə daxili bazarın təminatına yönəldilir. Müəssisəmizdə 2016–2021-ci illərdə iri həcmli modernizasiya və yenidənqurma işləri həyata keçirilmiş, uğurla tamamlanmış və qurğu hal-hazırda istismardadır. Bundan əlavə olaraq modernizasiya və yenidənqurma layihəsindən sonra müəssisəmiz ilbəil deyil, iki ildən bir əsaslı təmir üçün planlı şəkildə dayandırılır. Növbəti hədəf isə iki ildən bu müddətin 3 və 4 ilə qədər artırılmasıdır. 2025-ci və 2026-cı illərdə əsaslı təmir nəzərdə tutulmayıb, müəssisə tam şəkildə fəaliyyət göstərmişdir. Növbəti ilin ortalarına — ikinci kvartalına növbəti əsaslı təmir planlaşdırılır”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən