Bu şəxslərin satınalmaları ilə bağlı yeni qayda tətbiq ediləcək

 11:05 17.09.2026     65

Dövlət orqanlarının idarəetməsində olan dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslər, eləcə də onların təsisçisi və ya iştirakçısı olduğu hüquqi şəxslərin satınalmaları ilə bağlı yeni qayda tətbiq edilir.

Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və həmin orqanın (qurumun) idarəetməsinə verilən dövlət müəssisələri, habelə dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslər, eləcə də onların təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslər tərəfindən Azərbaycanın dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri istisna olunmaqla, digər maliyyə vəsaiti hesabına alınan mallar, işlər və ya xidmətlərə “Dövlət satınalmaları haqqında” Qanun şamil edilməyəcək.

Yuxarıda nəzərdə tutulan hüquqi şəxslər tərəfindən malların, işlərin və ya xidmətlərin satın alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.

Vumart və Güvən reklamı Vumart Güvən