Bakıdan bölgələrə qayıdış olacaq? - Deputatdan AÇIQLAMA

 13:36 24.09.2026     99

Bildiyimiz kimi, Bakıda yaranan tıxacların səbəblərindən biri də bölgələrdən paytaxta gələn vətəndaşların sayının artması ilə əlaqələndirilir.

Bəs bölgələrdə yaşayan vətəndaşlara hansı imkanlar yaradılmalıdır ki, onlar yenidən regionlara qayıtsınlar?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Prezident İlham Əliyevin Dağ-Mədən və Metallurgiya Sənayesinin inkişafına dair Dövlət Proqramı ilə bağlı keçirilən müşavirədə müzakirə edilən məsələlərdən biri də yeni iş yerlərinin yaradılması və bu istiqamətdə tapşırıqların verilməsi ilə bağlı oldu:

"Çünki yeni dövlət proqramının icrası nəticədə daha çox iş yerinin yaradılmasına imkan verəcək. Xüsusən də bölgələrimizdə yaradılan iş yerlərinin sayında artımların olacağı gözlənilir. Bu baxımdan, urbanizasiya prosesinin, xüsusilə qarşısının alınması baxımından ən vacib məqamlardan biri ixtisaslı kadrların işlə təmin olunmasıdır. İxtisaslı kadrların işlə təminatı nəticə etibarilə urbanizasiya prosesinin səngiməsinə və bölgələrdə vətəndaşlarımızın işlə təmin olunmasına, bu da təbii olaraq bölgələrdə yaşayan vətəndaşlarımızın sayının artmasına gətirib çıxara bilər. Bu kontekstdə yeni dövlət proqramları da bölgələrdə yeni iş yerlərinin yaradılmasına imkan verəcək. Nəzərə alsaq ki, yalnız sözügedən dövlət proqramı çərçivəsində 5 minə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur, bu da nəticədə həmin vətəndaşlarımızın işlə təmin olunmasına və bölgələrdə yaşayanların sayına birbaşa təsir göstərəcək. Çünki yeni yaradılan iş yerlərinin əhəmiyyətli hissəsi ixtisaslı kadrlar üçün nəzərdə tutulacaq və onların çox hissəsi də bölgələrin payına düşəcək. Bu da, təbii ki, regionların sosial-iqtisadi inkişafını dəstəkləməyə imkan verəcək".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən