Bankların kart məhdudiyyətinin əsl səbəbi nədir? - İqtisadçı AÇIQLADI
Məlum olduğu kimi, Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub.
Sözügedən qadağa ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirdi ki, bir müddət öncə karta daxil olan ödənişlərə bir gün ərzində 5 dəfə ödəniş qəbul edilməsi limiti tətbiq edilmişdi:

"Bu zaman da sahibkarlar işçilərin adlarına, öz adları və ailə üzvlərinin adına bir çox debet kartı sifariş edib, ödənişləri karta alırdılar. Bu da təbii ki, vergi qaçaqmalçılığına şərait yaradırdı. Bu kimi hadisələrin qarşısının alınması məqsədi ilə eyni valyutada birdən artıq kart sifarişinə qadağa tətbiq edilib. Digər bir məsələ odur ki, eyni valyutadadırsa, bir çox kartın sifariş edilməsi bankın maliyyə yükünün artmasına səbəb olur. Bu kimi səbəblərdən dolayı da tək kart sisteminin olması məqsədəuyğun hesab edilir".
Aytəkin TOFİQQIZI













