Banklardan kartlarla bağlı YENİ QADAĞA - vətəndaşlar niyə ikinci kart ala bilmir?

 17:40 25.09.2026     174

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub.

Bəs bu qadağa nə dərəcədə ədalətlidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Emin Qəribli bildirdi ki, son vaxtlar müəyyən məhdudiyyətlər qoyulub:

"Bir kartdan digər karta köçürmələrlə bağlı məhdudiyyətlər tətbiq edilir. Mən güman edirəm ki, bəzi insanların bu hallardan yayınmaq üçün ikinci, üçüncü kartlar əldə etməsinə səbəb olur. Bu olmasa da belə, ikinci məsələ bankın özüdür. İnsan eyni bankda, eyni valyutada bir neçə kart açırsa, bankın özünün də müəyyən nəzarət mexanizmləri və riskləri azaltmaq üçün belə addımlar atması mümkündür. Qeyd etmək istəyirəm ki, bəzən elə ola bilər ki, insan öz ailə üzvü üçün gedib kart götürsün və ya bir kartı, məsələn, internet əməliyyatları üçün əldə etsin. Belə hallar da ola bilər. Amma güman edirəm ki, birinci halda müəyyən yayınma halları çox olub və həmin risklərin azaldılması üçün banklar belə qərarlar qəbul ediblər. Mənə elə gəlir ki, gələcəkdə müvafiq problemlərin həlli üçün avadanlıqlar və texnologiyalar inkişaf etdikdən sonra bu məhdudiyyətlərə də ehtiyac qalmayacaq".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən