Mikayıl Cabbarov AİİB rəhbəri ilə görüşdü – Yeni layihələr müzakirə edildi
Azərbaycan və AİİB əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Dohada keçirilən Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 11-ci İllik Toplantısı çərçivəsində Bankın prezidenti xanım Zou Jiayi ilə görüşdük.
Həmtəsisçisi olduğumuz Bankla tərəfdaşlığa önəm verdiyimizi vurğuladıq. AİİB-in üzv ölkələrdə infrastrukturun inkişafına, dayanıqlı inkişafa, "yaşıl iqtisadiyyat"a keçid və "yaşıl enerji"nin təşviqinə verdiyi dəstək barədə fikir mübadiləsi apardıq.
Asiya regionunda iqtisadi artımın dəstəklənməsi və infrastrukturun təkmilləşdirilməsi üzrə layihələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik", - deyə nazir qeyd edib.













