Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - RƏSMİ AÇIQLAMA

 13:28 14.10.2026     105

Azərbaycan Mərkəzi Bankının təsdiq etdiyi Banklararası Kart Mərkəzi (BKM) üzrə tariflər yalnız infrastruktura daxil olan iştirakçılara (banklar və ödəniş təşkilatlarına) tətbiq edilən komissiyalardır.

Redaktor.az xəbər verir ki, bunu AMB bəyan edib.

"Komissiyalar BKM sistemində emal olunan əməliyyatlara görə bilavasitə iştirakçı institutlardan tutulacaq, son istifadəçilərə (vətəndaşlara) bilavasitə şamil olunmur", - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, AMB-nin İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib.

Vumart və Güvən reklamı Vumart Güvən