Gələn ilin büdcə kəsiri bu qədər olacaq
2027-ci ilin dövlət büdcəsinin kəsirinin yuxarı həddi 3 milyard 146 milyon manat müəyyən edilib.
Redaktor.az bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Sənədə görə, kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən və digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2027-ci il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı) hesabına həyata keçiriləcək.
Qeyd edək ki, gəlin il üzrə büdcə kəsiri 2026-cı ilin proqnozlaşdırılan büdcə kəsirindən 1,5% çoxdur.












