150 məktəbə şagird sayına görə pul AYRILACAQ
2027-ci ildə ümumi təhsil müəssisələrinin şagird sayına uyğun maliyyələşmə mexanizminə keçidi üzrə pilot layihəyə 223,8 milyon manat ayrılması nəzərdə tutulur.
Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, strategiya dövrünün sonunadək pilot layihənin 150 məktəbdə həyata keçirilməsi planlaşdırılır.
Gələn il təhsil sisteminin informasiyalaşdırılmasının genişləndirilməsi üçün də 36,8 milyon manat proqnozlaşdırılır.
Ümumilikdə, 2027-ci ildə təhsil xərclərinə 5 milyard 99 milyon manat ayrılması nəzərdə tutulur. Bu, cari illə müqayisədə 82,6 milyon manat çoxdur.













