İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq

 11:41 05.11.2026     16

İşsizlikdən sığorta fondunun 2027-ci il üzrə xərcləri 319 200 000,0 manat məbləğində olacaq.

Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

- işsizlikdən sığorta fondunun 2027-ci il büdcəsinin gəlirləri 268 900 000,0 manat:

- işsizlikdən sığorta fondunun 2027-ci il yanvarın 1-nə istifadə olunmamış vəsaitindən 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 50 300 000,0 manat.

İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçiriləcək:

- İşsizliyə görə sığorta ödənişləri - 36 000 000.0 manat

- Peşə hazırlığı və əlavə təhsilin təşkili - 27 300 000.0 manat

- Peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi - 1 600 000,0 manat

- Əmək yarmarkalarının və əmək birjalarının təşkili – 500 000 manat

-. Haqqı ödənilən ictimai işlərin təşkili - 3 800 000,0 manat

- Özünüməşğulluq tədbirlərinin təşkili - 113 000 000.0 manat

- Sosial iş yerlərində işçilərin əmək haqlarının bir hissəsinin maliyyələşdirilməsi – 7 000 000 manat

- Peşə standartlarının hazırlanması - 1 000 000 manat

- Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri - 75 000 000,0 manat

- Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri – 50 000 000 manat

- Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması – 1 000 000 manat

- Sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi – 2 000 000 manat

- Qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirləri 1 000 000 manat.

Vumart və Güvən reklamı Vumart Güvən