Aqrar sahədə 100%-lik tam vergi azadolması ləğv edilir, 5 il müddətinə 90%-lik güzəşt mexanizmi olacaq

 12:04 05.11.2026     20

Aqrar sahədə 100%-lik tam vergi azadolması ləğv edilir, 5 il müddətinə 90%-lik güzəşt mexanizmi olacaq.

Redaktor.az-ın xəbərinə görə, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aqrar sahədə tədrici vergitutma mexanizmi formalaşdırılacaq və kənd təsərrüfatı sektorunda vergi güzəştləri təkmilləşdiriləcək.

Layihəyə görə, gəlir və mənfəət vergisi üzrə aqrar sahədə uzun illər tətbiq olunan 100%-lik tam vergi azadolması ləğv ediləcək və onları 2027-ci il yanvarın 1-dən 5 il müddətinə 90%-lik güzəşt mexanizmi əvəz edəcək.

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin təsisçilərinin dividend gəlirlərinin vergi azadolmasının müddəti uzadılmayacaq. Beləliklə növbəti ildən belə dividend gəlirləri 5 faiz dərəcə ilə vergiyə cəlb ediləcək (ümumi azadolmalar nəzərə alınmaqla).

Sadələşdirilmiş vergi üzrə tam vergi azadolması müəyyən edilmiş şərtlər daxilində 2027-ci il yanvarın 1-dən 5 il müddətinə saxlanılır. Güzəştdən istifadə ilə bağlı şərtlərə gəlincə, bu güzəştlər yalnız istehsalçıların Kənd Təsərrüfatı Nazirliyinin elektron informasiya sistemində (EKTİS platformasında) qeydiyyatda olduğu və həmin gəlirləri mənfəəti vergi bəyannaməsində bəyan etdiyi halda tətbiq olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən