Minik avtomobillərinin yerli istehsalının təşviqi üçün 6 il müddətində güzəşt olacaq

 12:06 05.11.2026     25

Minik avtomobillərinin yerli istehsalının təşviqi üçün 6 il müddətində güzəşt olacaq.

Redaktor.az-ın xəbərinə görə, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi şərtilə İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı əsasında yığılmamış, komplektləşdirilməmiş və ya sökülmüş minik avtomobillərinin və onların ehtiyat hissələrinin idxalının 2027-ci il yanvarın 1-dən 6 il müddətinə ƏDV-dən azad edilməsi təklif olunur.

O cümlədən "Gömrük tarifi haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən, tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi şərtilə İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən yığılmamış, komplektləşdirilməmiş və ya sökülmüş minik avtomobillərinin və onların ehtiyat hissələrinin idxalının 2027-ci il yanvarın 1-dən 6 il müddətinə gömrük rüsumundan azad edilməsi nəzərdə tutulur.

Vumart və Güvən reklamı Vumart Güvən