Ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi məbləğindən tutulan faiz dərəcəsi 2 dəfə azaldılır
Ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi məbləğindən tutulan faiz dərəcəsi 2 dəfə azaldılır.
Redaktor.az-ın xəbərinə görə, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində tutulan faiz dərəcəsinin 0,05 faizə endirilməsi təklif olunur.













