Milli Məclisdə büdcə müzakirələri: Palata sədrindən 2027-ci il PROQNOZU

 12:43 16.11.2026     38

"2027-ci ilin dövlət büdcəsini neftdən asılılığın azaldılmasında dönüş nöqtəsi kimi xarakterizə etmək mümkündür. Gələn il qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda payının 77 faizdən çox olacağı proqnozlaşdırılır. Bu, indiyədək qeydə alınmış ən yüksək göstəricidir".

Redaktor.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirdi.

O vurğuladı ki, 2027-ci ildə dövlət büdcəsi gəlirlərinin 60,6 faizinin qeyri-neft-qaz sektorundan daxil olması nəzərdə tutulur. Bu da tarixi maksimumdur:

"2027-ci ilin dövlət büdcəsi hərbi, sosial və investisiya xərclərinin optimal sintezi kimi də qiymətləndirilə bilər. 2027-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər qanunvericiliyin və strateji sənədlərin tələbləri baxımından təhlil edilib. Nəticədə bəzi göstəricilərin təkmilləşdirilməsinə ehtiyac olduğu müəyyənləşdirilib. Son iki ayda mərkəzi icra hakimiyyəti orqanları ilə intensiv müzakirələr aparılıb və bunun nəticəsində büdcə zərfində dəqiqləşdirmələr edilib. Makroiqtisadi proqnozlar, dövlət büdcəsinin gəlir və xərcləri, eləcə də kəsirlə bağlı hesablamalar nəzərdən keçirilib. Təhlillər göstərib ki, büdcə sənədləri əhəmiyyətli aspektlər baxımından müvafiq hesablama çərçivəsinə uyğun olaraq əsasən düzgün və etibarlı təqdim edilib. Dövlət borcunun ÜDM-ə nisbətinin kritik hədlərdən əhəmiyyətli dərəcədə aşağı səviyyədə idarə olunur".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən