Gələn il ehtiyac meyarı 314 manat olacaq

 16:26 17.11.2026     37

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Redaktor.az xəbər verir ki, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2027-ci il üçün ehtiyac meyarının həddinin 314 manat məbləğində təsdiq edilməsi təklif edilir.

Bu Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

 

Vumart və Güvən reklamı Vumart Güvən