Şirinləşdirilmiş mineral və qazlı içkilər aksizli mallar olacaq, aksiz vergisi alınacaq

 11:56 18.11.2026     37

Şirinləşdirilmiş mineral və qazlı içkilər aksizli malların, habelə aksiz markası ilə markalanmalı məhsulların siyahısına daxil ediləcək, yerli istehsalın hər litrinə 0,10 manat aksiz vergisi alınacaq.

Redaktor.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Vumart və Güvən reklamı Vumart Güvən