Çipslərə aksiz vergisi qoyulur

 12:42 18.11.2026     27

Çips aksizli mal olur.

Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, çipsin aksizli malların dairəsinə daxil edilməsi, yerli istehsalda hər kiloqrama görə 1 manat məbləğində aksiz vergisinin tətbiqi təklif olunur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Vumart və Güvən reklamı Vumart Güvən