Soğan niyə bahalaşıb RƏSMİ AÇIQLAMA

 19:45 05.04.2019     611

Azərbaycanda soğan idxalı rüsumdan azad olunacaq, kələm, soğan və kartof ixracına isə rüsum tətbiq olunacaq.

Redaktor.az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev "Diqlas" ticarət mərkəzinin yanğından zərər çəkmiş sahibkarlarla görüşü zamanı deyib.
 
Nazir bildirib ki, ölkədə soğan qiymətlərinin artması ilə əlaqədar monitorinqlər aparılır. Ş.Mustafayev əlavə edib ki, kələm qiymətlərində də artım müşahidə olunur:
 
"Bu məsələ bizi narahat edir və biz qiymət artımının səbəbini aydınlaşdırmağa çalışırıq".