Dünya Bankının yeni prezidenti seçilib

 00:52 06.04.2019     518

ABŞ maliyyə nazirinin müavini Devid Malpass yekdilliklə Dünya Bankının (DB) prezidenti seçilib.

Redaktor.az xəbər verir ki, təşkilatın rəsmi bəyanatında onun 5 illik müddətə seçilməsı qeyd olunub. 
 
Yeni prezident Beynəlxalq yenidənqurma və inkişaf bankı başda olmaqla DB-nın bütün strukturlarını idarə edəcək.
 
Gələn həftə Melpas DB-nin və Beynəlxalq maliyyə fondunun birgə iclasında iştirak edəcək.  
 
Qeyd edək ki, ənənəyə əsasən Dünya Bankının rəhbərliyinə bir qayda olaraq ABŞ vətəndaşı seçilir.