Azərbaycanda qızıl və gümüş bahalaşıb

 03:19 09.04.2019     474

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Redaktor.az xəbər verir ki, aprelin 8-də qızılın qiyməti aprelin 5-i ilə müqayisədə 11,696 manat artaraq 1 unsiya üçün 2203,88 manat təşkil edib.
 
Gümüş 0,0077 manat bahalaşaraq 1 unsiya üçün 25,741 manata bərabər olub.
 
Eyni zamanda, platinin qiyməti 29,5545 manat artaraq 1543,2175 manat, palladiumun qiyməti isə 11,577 manat artaraq 2347,105 manat təşkil edib.
 
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.