Azərbaycan nefti bahalaşıb

 05:51 09.04.2019     506

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 71,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel çoxdur.

Redaktor.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 71,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel çoxdur.
 
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,46 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,42 dollar/barel çoxdur.
 
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 70,1 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,36 dollar/barel çoxdur.