Kriptovalyuta bazarında son durum - Bitkoin ucuzlaşdı

 03:00 12.04.2019     429

Dünyanın ən məşhur kriptovalyutası olan bitkoin yenidən ucuzlaşıb.

Redaktor.az xəbər verir ki, kriptovalyutanın qiyməti 12 aprel saat 00:07-də 5074 dollar təşkil edib. Bitkoinin qiyməti ötən saatlarla müqayisədə 5.6% ucuzlaşıb.

Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması hazırda 207 milyard dollar təşkil edir və bunun 54% faizi bitkoinin payına düşür.

Rüfət Xəlil / REDAKTOR.AZ