Ən çox alınan ikinci əl avtomobilləri- Siyahı

 13:27 14.04.2019     422

Rusiyanın ikinci əl avtomobil bazarında ən populyar avtomobillərin siyahısı hazırlanıb.

Redaktor.az Axar.az-a istnadən xəbər verir ki, bu barədə “Avtostat” şirkəti reytinq tərtib edib.

Məlumata görə, siyahıya “Ford Fokus” avtomobili liderlik edir. 2019-cu ilin ilk 3 ayında Rusiya əhalisi bu ailəyə aid 27.9 min avtomobil əldə ediblər. 21.9 minlik göstərici ilə “Toyota Corolla” siyahının ikinci pilləsində yer alıb. Növbəti yerləri “Hunday Solaris” (20.7 min), “KİA Rio” (19.2 min), “Şevrolet Niva” (17.5 min) tutub.

İlk onluğa “Toyota Kamri”, “Reno Loqan”, “Opel Astra”, “Volksvagen Polo”, Daevo Neksia” avtomobilləri də düşüb.