Problemli KREDİTİ olanlar, DİQQƏT! - Bu tarixdən etibarən...

 12:58 15.04.2019     1832

Kompensasiya ala biləcək şəxslərin siyahısı tam hazırdır.

"Problemli kreditlər üzrə verilən kompensasiya və restrukturizasiya güzəştinin şamil olunacağı cari kreditlərlə bağlı ödənişlərin verilməsi may ayının sonuna kimi yekunlaşacaq".

Bunu Redaktor.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev bildirib. Onun sözlərinə görə, siyahı artıq hazırdır:

“Kompensasiya ala biləcək şəxslərin siyahısı tam hazırdır. Hər bir vətəndaş  məlum fərman çərçivəsində kompensasiyanı aprelin ikinci yarısından etibarən almağa başlayacaq.

Vətəndaşlar finexkredit.az (http://finexkredit.az/az/news/problemli-kreditlrl-bal-elektron-portal-hazrlanb/?fbclid=IwAR3kZd46wP1Ew6DQSRLda6hUdSFdiX_gnuXIt-Ubqxbi04Ei7Sn8HdbGPEY) elektron protalına daxil olmaqla, adlarının kompensasiya siyahısına düşüb-düşmədiyini öyrənə bilərlər”.

Fiziki şəxslər kompensasiya və onların kreditlərinin restrukturizasiyası barədə məlumatla aşağıdakı linkdən tanış ola bilərlər:

https://president.az/articles/32092?fbclid=IwAR1EW5Gyukj2R98-rK10lTiCEZZnB1O7iWYSgkI0KnUp78RAo8ld61xmlO0

Qeyd edək ki, adı siyahıda olmayan və kompensasiya ala biləməyəcək şəxslər apellyasiya şikayəti verə bilərlər. Onların da şikayətlərinə baxılacaq.

Gülşən Şərif / Redaktor.az