Neftin qiyməti sürətlə UCUZLAŞIR - Minimum hədd nə qədər olacaq?

 16:07 15.04.2019     507

Neftin qiyməti uzun müddət enmə dinamikası üzrə hərəkət edəcək.

Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov dünya bazarında neft qiymətlərinin düşməsi ilə bağlı Redaktor.az-a açıqlama verib. E.Məmmədov hesab edir ki, neft qiymətlərinin enməsi ilk növbədə Amerika Birləşmiş Ştatlarında neft hasilatının artmasıyla bağlıdır:

“Məlumdur ki, şist inqilabı ilə bağlı ABŞ-da neft hasilatı və təklifi çoxalmaqdadır. Bunun qarşısını almaq üçün OPEK+ ölkələri arasında hasilatı azaltmaqla bağlı razlaşma əldə olunsa da, tədricən bu istiqamətdə yenə də problemlər yaranmaqdadır. Neft qiymətlərinin tarazlığına nail olunmur. Çünki ABŞ-da tədricən neft təklifi artmaqdadır”.

İqtisadçı qeyd edib ki, bu proseslər dünya iqtisadiyyatına da təsirsiz ötüşməyəcək:

“Xüsusilə, neft hasilatı ilə məşğul olan ölkələrə.  Azərbaycan iqtisadiyyatı üçün də neftin qiymətinin enməsi xoşagələn vəziyyət deyil. Tədricən qeyri-neft sektorunun inkişafı ilə bağlı tədbirləri daha ardıcıl şəkildə davam etdirməliyik”.

E.Məmmədov vurğulayıb ki, OPEK+ razılaşması uzadılarsa, bu il neft qiymətləri 50 dollardan aşağı enməyəcək.

Xatırladaq ki, son dövrlərdə neft qiymətlərində enmə müşahidə olunur.

Firuzə Vahid  / REDAKTOR.AZ