“Şahdəniz-3” layihəsi reallaşa bilər

 17:01 19.04.2019     441

Azərbaycanda “Şahdəniz” yatağını işlənilməsinin üçüncü mərhələsinin həyata keçirilməsi böyük bir ehtimaldır.

Redaktor.az-ın ona.az-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev deyib.

“Layihənin konsepsiyası hələ mövcud deyil. Lakin, razılıq var, müəyyən işlər aparılır. Geoloji işlərə də başlanılıb, hansılar ki, yatağın işlənilməsinin növbəti fazasını nəzərdə tutur. İnvestisiyalarla bağlı qərar hələ verilməyib”, - deyə V. Əliyev bildirib.

Qərarın verilməsi müxtəlif səbəblərdən asılı ola bilər – texniki məsələlər, kommersiya danışıqları, investisiyaların həcmi, qazın bazarlanması məsələləri, infrastrukturun genişləndirilməsi və s.

Üçüncü faza üzrə söhbət əlavə 300-500 mlrd. kubmetr qazdan gedir.

“Mən inanmıram ki, 2019-cu ildə bu barədə qərar qəbul oluna bilər” - deyə V. Əliyev əlavə edib.