Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank

 09:30 22.04.2019     507

Azərbaycan Mərkəzi Bankı 22 aprel tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Redaktor.az-a verilən məlumata görə, aprelin 22-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,9105 manat təşkil edir.

1 türk lirəsi 0,2915 manat, 1 rus rublu 0,0266 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6306 manatdır.