Bitkoin bahalaşmaqda davam edir - Son qiymət

 21:02 22.04.2019     517

Dünyanın ən məşhur kriptovalyutası olan bitkoin bahalaşlamda davam edir.

Redaktor.az xəbər verir ki, kriptovalyutanın qiyməti 22 aprel saat 21:00-da 5366 dollar təşkil edib. Bitkoinin qiyməti ötən saatlarla müqayisədə 1.6% bahalaşıb.

Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması hazırda 207 milyard dollar təşkil edir və bunun 54% faizi bitkoinin payına düşür.

Rüfət Xəlil / REDAKTOR.AZ