Bədnam qonşumuzun "QARA GÜNLƏRİ" - Xarici borcu sürətlə ARTIR

 22:47 22.04.2019     522

“Azərbaycanın bu il xarici borcunda azalma, Ermənistanın xarici borcunda isə artım müşahidə olunur”.

Bu sözləri Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Vüsalə Əhmədova bildirib.

Onun sözlərinə görə, ilin əvvəlinə olan göstəricilərə görə, Azərbaycanın xarici dövlət borcu 5% azalıb:

“Yanvar ayında isə Ermənistanın xarici borcu 1 milyard 994,2 milyon dollar səviyyəsində olub. Fevral ayında bu göstərici 2 milyard 74,3 milyon dollara yüksəlib.

Ermənistanın xarici borcunun artmasının yeganə səbəbi hökumət tərəfindən götürülən yeni kreditlərdir. Görünən odur ki, Paşinyan hökuməti seçkilərdən öncə söz verdiyi bir sıra layihələri həyata keçirmək üçün kredit götürmək məcburiyyətində qalıb. Bu isə Ermənistanın vəziyyətinin daha da ağırlaşmasına səbəb olub".

Redaktor.az Maliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu il yanvarın 1-nə olan göstəriciyə əsasən ölkənin xarici dövlət borcu 8,927.1 milyon ABŞ dolları (15,176.0 milyon manat) təşkil edib.

Ermənistanın Maliyyə Nazirliyinin Dövlət Borclarının İdarə Olunması idarəsinin rəisi Arşaluys Marqaryan isə bildirib ki, 2019-cu ilin sonuna kimi Ermənistanın dövlət borcu təxminən 7,5 milyard dollar təşkil edəcək.

Gülşən Şərif / Redaktor.az