Azərbaycana avtomobil idxalı artıb

 15:35 15.05.2019  46

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 11 695 ədəd avtomobil idxal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Redaktor.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkəyə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş 53 ədəd motorlu nəqliyyat vasitəsi, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş 10 614 ədəd minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, yük daşımaq üçün 974 ədəd motorlu nəqliyyat vasitəsi və 54 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi idxal olunub.

Ötən ilin analoji dövrü ilə müqayisədə sözügedən göstəricilər müvafiq olaraq 2,3 dəfə, 2,2 dəfə, 2 dəfə və 2,1 dəfə artıb.